XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 10:15

Türkiyə superliqasının futbolçuları qəzaya düşdü –Milli komandanın oyunçusu vəfat etdi

Türkiyə superliqasında çıxış edən “Alanyaspor”lu futbolçular ötən gecə “Kayserispor”la qarşılaşmadan (1:1) dönərkən qəzaya düşüblər.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, oyundan sonra klub futbolçulara 2 günlük istirahət verib.

Lakin 7 futbolçu avtobusla geri dönmək istəyib. Məlumata görə, futbolçular Alaniyaya az qalmış qəzaya düşüblər. Nəticədə daha ağır yaralanan və eyni zamanda Çexiya yığmasının futbolçusu Jozef Sural xəstəxanada vəfat edib. Digər 6 futbolçunun durumunun isə yaxşı olduğu bildirilir.