XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2019 - 20:25

Göygöldə 8 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb

Göyöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə 8 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinədə davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Artıq ölənlərin hamsı meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.