Bakıda orta məktəbdən oğurluq edən 2 yeniyetmə tutulub.
Strateq.az DİN-ə istinadən xəbər verir ki, Bİnəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.