XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 11:25

Xətaidə polis əməliyyatı:bir nəfər saxlanıldı

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşları birgə əməliyyat keçirib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.

Araşdırma aparılır.