XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 12:16

ATS və qəbristanlıqdan oğurluq edən şəxs saxlanılıb –Kürdəmirdə polis əməliyyatı

Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, rayon Telekommunikasiya Qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbristanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kiloqram metal qırıntılarının və M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

Araşdırma aparılır.