XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2016 - 11:12

Azərbaycanda məktəb direktoruqonşusunu bıçaqladı...

polis-idare-loqo

 

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. 

 

Hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

 

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloglan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə A.Rəhimov qonşusunu bıçaqlayıb. 

 


Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ çiyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.