XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2019 - 14:44

Bakıda avtobusla yük maşını toqquşub:6 nəfər xəsarət alıb, 2-nin durumu ağırdır

Bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda 217 saylı marşrut xətti ilə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun “Qazel” markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 nömrəli li Şəhər Klinik Xəstəxana yerləşdirilib.

Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.