XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

06 May 2019 - 12:36

Polisin “tabe ol” əmrinə atəşlə cavab verən şəxs saxlanıldı –DİN-dən açıqlama

Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçıb.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.