XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 14:37

İrandan Azərbaycana psixotrop maddələrin gətirilməsinin qarşısı alındı –Gömrükçülər tərəfindən

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Yusubov Mahir Əbdülağa oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi, sellofan torbaların içərisində polietilenə bükülərək qablaşdırılmış 1 ədəd bağlamada, xalis çəkisi 1028 qram olan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.