Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.