XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2019 - 13:05

Həbs edilmiş 2 jurnalist amnistiyaya düşüb –Myanmada

“Reuters”in Myanma vətəndaşı olan və məxfi məlumatları faş etmək cəhdində ittiham olunaraq 7 il həbs cəzasına məhkum edilmiş 2 əməkdaşı amnistiyaya düşərək azadlığa buraxılıb.

“Amnesty İnternational” xəbər verir ki, 2017-ci ilin dekabr ayında dövlət sirri haqqında qanununu pozmaq ittihamı ilə paytaxt Yanqonda həbs olunan 33 yaşlı Va Lon və 29 yaşlı Kyav So Oo bu gün yerli yeni il bayramı olan Tincan bayramı münasibətilə ölkədə elan olunan amnistiyaya düşərək azadlığa buraxlılblar.

Onlara qarşı məxfi məlumat sızdırmaq ittihamı isə çalışdıqları mənbələrdən Rakhine ştatında 2017-ci ilin avqust ayında təhlükəsizlik qüvvələri tərəfindən hərbi əməliyyat zamanı mülki şəxslər olan 10 nəfər müsəlman rohinca kişi və oğlanın öldürülməsi ilə bağlı sənəd əldə edib araşdırma apardıqları ilə bağlı irəli sürülmüşdü.

Ötən ilin sentyabr ayının 3-də məhkəməyə çıxarılan hər iki jurnalist təqsirkar hesab olunaraq 7 il azadlıqdan məhrum edilmişdi. Yanvar ayında Yanqon Ali Məhkəməsi verilən apelyasiya şikayətini rədd etmişdi. Jrnalistlər cəmi 511 gün həbsdə qalıblar. Ötən ay onların hər ikisi nüfuzlu Pulitzer mükafatına layiq görülüb/Report.