XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

07 May 2019 - 13:14

Şəkidə polis əməliyyatı:oğurluq edən Bakı sakinləri saxlanılıb

Mayın 4-də Şəki Şəki Rayon Polis Şöbəsinə (ŞRPŞ) ərizə ilə müraciət edən şəhər sakini Ə. Əhmədov ona məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif növ siqaretlərin, pul və digər əşyaların oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

ŞRPŞ-nin Cinayət Axtarış və İstintaq bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində oğurluğu edən şəxslərin Bakı şəhər sakinləri Ağakərim İbrahimov, Fuad Dadaşov və bir yeniyətmə olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.