XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2019 - 13:33

Qax şəhər sakininin maşınını qaçıran yeniyetmə tutulub –Açıqlama

Qax şəhər sakini İlham Qasımov DİN-in “ 102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “ VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.