Sumqayıtda 35 yaşlı şəxs iş yerində qətlə yetirilib.
Sumqayıt Şəhər Prokurorluğundan faktı təsdiq edərək Azərtac–a bildiriblər ki, qətl mayın 8-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsində baş verib. Qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.