XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2019 - 18:11

FHN Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb:"Bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılıb"

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Trend-in FHN-nin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunda “QAZ” və “Ford” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində olan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.