XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

09 May 2019 - 21:52

Gəncədə yol çöküb:yük maşını çuxura düşüb, sürücü xəsarət alıb+FOTO

Gəncə şəhərinin mərkəzi küçəsində bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin bərpası ilə bağlı aparılan iş zamanı yol çöküb.

“Shacman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşınının sürücüsü 1987-ci il təvəllüdlü Heydərov Xaliq Süleyman oğlu xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.