XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2019 - 11:19

Bakıda qanlı dava –Kriminal aləmin üzvünü öldürən şəxs tutulub

Bakıda qətl törədən şəxs saxlanılıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonu, İsrafil Həşimov küçəsində kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlunu qətlə yetirmiş Həsən Tağıyev saxlanılıb.

İyirmi üç yaşlı H.Tağıyev Şərur rayon sakinidir. O, əvvəllər həbsdə olub.

Qeyd edək ki, hadisə zamanı daha bir nəfər – 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.