XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

12 May 2019 - 12:45

Göyçayda iki maşın toqquşdu:ölən və yaralananlar var + Adlar

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, hadisə gecə saat 3:00 radələrində şəhərin Natavan və Ə.Kərim küçələrinin kəsişməsində qeydə alınıb.

“Mersedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakinləri, 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu, Göyçay şəhər sakinləri, 1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu, Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.