XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 10:20

Bakıda 88 yaşlı kişi və arvadı evində öldürüldü –Cinayət

bash-prokurorluq

 

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

 

Xəzər Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

 

Rayon sakinləri – 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib. Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisənin baş vermə səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

 


Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 

 

APA