XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 10:20

Ər-arvadın olduğu avtomobil suya düşüb –Naxçıvanda

Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi “Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.

Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. /Report