Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən Strateq.az-a məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparıləb.
Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş N.Əkbərzadə və Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Məmmədov olduqları müəyyən edilib.
29-cu Polis Şöbəsində araşdırma aparılır.