XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2019 - 21:36

Astarada ağır yol qəzası olub –Ölən və yaralanan var

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Şəhriyar Şair oğlu Əsgərovun idarə etdiyi “VAZ-21011” markalı 99-RU-131 dövlət-qeydiyyat nişanlı avtomobil, rayonun Siyətük kənd sakini, Məmməd Şükür oğlu Şahmurad oğlunun idarə etdiyi “Mercedes” markalı 99-HD-377 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ”-ın sürücüsü Ş.Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Kamil Qadir oğlu Baxşiyev isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.