XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

21 May 2019 - 12:35

Avtomobil qaçıran şəxs saxlanılıb –Bakıda

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.