XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

23 May 2019 - 10:25

Azərbaycanda Mediasiya Şurası… –2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

Azərbaycanda mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədi ilə yaradılacaq Mediasiya Şurasının 2020-ci ilin iyununda fəaliyyətə başlayacağı gözlənilir.

“Report”un əldə etdiyi məlumata görə, hazırda bununla bağlı müvafiq işlər aparılır.

Şuranın yaradılmasında məqsəd mübahisələrin məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir.

Bundan sonra vətəndaşlar məhkəmədən öncə Mediasiya Şurasına müraciət edəcək və tərəflər arasında barışıq əldə olunarsa, iş məhkəməyə göndərilməyəcək.

Qeyd edək ki, Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.