XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

27 May 2019 - 12:23

Yasamalda keçmiş məhkum saxlanıldı –Narkotikə görə

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılan Kürdəmir rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanovdan 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 850 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.