XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2019 - 12:29

Ağcabədidə oğul atasını güllələdi –Təfərrüat

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, o, əməlindən sonra hadisə yerini tərk edib.

Məlumata görə. M.Tağıyev xəstəxanaya yerləşdirilib.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

​ Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.