XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 14:38

Ukraynada həbsxanadan kütləvi qaçış baş verib –Güc qurumları səfərbər edilib

Ukraynanın Odessa bölgəsində Cənub islah koloniyasından 15 məhbus qaçıb.

Məlumatı “Dumskaya” yayıb.

Bildirilib ki, məhbuslar həbsxanada yanğın baş verəndən sonra qaçıblar.

Hazırda islah müəssisəsinin ətrafında təcili tibbi yardım, polis və xüsusi təyinatlılar cəmləşdirilib.

Odessa əyaləti milli polisinin müşaviri bildirib ki, 500-ə yaxın məhbus koloniyada qiyam qaldıraraq barrikada qurub/Report.