XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 18:13

Həbsdə olan sabiq MTN polkovniki şikayətini geri götürüb

Dələduzluqda təqsirləndirilən Vüqar Güləli barəsində olan məhkəmə qərarından verdiyi kassasiya şikayətini geri götürüb.

ONA-nın xəbərinə görə, V. Güləlinin şikayətini geri götürməsinin səbəbi açıqlanmayıb.

İttiham aktına əsasən, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Güləli 8 il, C.İbayev 6 il 6 ay, V.Əsədov 6 il 6 ay, N.Əliyev 6 il 6 ay və A.İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. C.İbayev məhkəmə zalında həbs olunub, V.Əsədov və A.İsmayılovun barəsində isə şərti cəza verilməsinə dair qərar çıxarılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Əsədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki, V.Əsədov isə Penitensiar xidmətin keçmiş əməkdaşıdır.