XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 21:11

Bakı-Qazax yolunda qəza:naməlum avtomobil 47 yaşlı kişini vurub öldürdü

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlunu naməlum avtomobil vuraraq qaçıb.

Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.