XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 10:39

29 yaşlı Gəncə sakini saxlanıldı –Bıçaqlanma hadisəsi

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Strateq.az-a verilən məlumata görə, mayın 28-də gecə saatlarında Gəncə şəhər sakini 33 yaşlı Elçin Əliyevin döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.

Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.