XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 May 2019 - 12:35

İsmayıllıda polis əməliyyatı:toyuq hinində çətənə becərən 28 yaşlı şəxs tutuldu + FOTO

İsmayıllı rayonunda toyuq hinində narkotik yetişdirən şəxs tutulub. 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini, 28 yaşlı Turab Alıyev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.