XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 May 2019 - 13:41

Ləğv edilmiş MTN-nin sabiq şöbə rəisi azadlığa çıxmaq istədi –Hakim ərizəsini təmin etmədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbsdə olan keçmiş şöbə rəisi Orxan Osmanov məhkəməyə müraciət edib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsinə müraciət edən məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyib.

Məhkəmə onun ərizəsini təmin etməyib.

Daha sonra O.Osmanov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il və O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, A.Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.