XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 22:19

Ruhaninin müşavirinin həyat yoldaşını güllələdilər –Evində

İranın paytaxtı Tehranda naməlum şəxslər İran prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşını güllələyib.

Axar.az xəbər verir ki, özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb.

Hələlik insidentlə bağlı ətraflı heç bir məlumat verilmir.

Öldürülən qadının Nəcəfinin ikinci həyat yoldaşı olduğu bildirilib.

Qeyd edək ki, Nəcəfi Ruhaninin yaxın kadrlarından biridir. 2018-ci ilə qədər Tehranın meri olub.