XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2019 - 10:55

Çətənə bitkisi əkib-becərən daha bir şəxs tutulub –Bərdədə

Çətənə bitkisi əkib-becərən daha bir şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, Bərdə rayon Dəymədağlı kənd sakini Vaqif Məmmədovun işlədiyi kafenin yaxınlığındakı qamışlıq ərazidə çətənə bitkisi yetişdirdiyi barədə RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman V. Məmmədovun aqrotexniki üsulla yetişdirdiyi 22 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.