XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 May 2019 - 11:19

Çətənə bitkisi yetişdirən 4 nəfər saxlanılıb –Ağcabədidə

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Asif Sadıqovdan 13 ədəd, Afiz Mirzəyevdən 12 ədəd, Elçin Hacıyevdən 8 ədəd və Xəyal Vəliyevdən 2 ədəd olmaqla, ümumlikdə 35 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.