XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 12:13

Yevlaxda əməliyyat:bıçaqla polisə müqavimət göstərən şəxs saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub. 

DİN Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Lakin o, polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində  zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanovun yetişdirdiyi 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.