XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 15:31

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb –Gömrükdə əməliyyat

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Strateq.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindəki qara rəngli şalvarın sağ balaca cibində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü 1 ədəd büküm və 1 ədəd bağlamada, ümumi çəkisi 18,48 qram olan qara rəngli narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.