XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2019 - 17:01

Şamaxıda ağır yol qəzası:ölən və yaralananlar var

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

“Niva” markalı minik avtomobili ilə “SHACMAN” markalı yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırlıb.

Faktla bağlı araşdırmalara başlanılıb.