XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 21:41

20 yanvar dairəsində qəza:Velotrekə ciddi ziyan dəyib

Respublika Velotrekinə ciddi ziyan dəyib.

Bu barədə ONA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Bildirilir ki, 20 Yanvar dairəsində “HOWO” markalı yük maşınının əyləc sistemində nasazlıq yaranıb və sürücü idarəetməni itirərək əvvəlcə yolun kənarında dayanmış “Opel” markalı avtomobili yararsız vəziyyətə salıb, sonra isə hasarı uçuraraq yüksək sürətlə Respublika Velotrekinin ərazisinə daxil olub. 59 tonluq (17 ton öz çəkisi, 42 ton yük) maşın ərazidə 2 şam ağacını kökündən çıxardıb, skeyt meydançasındakı tramplinlərin birini köhnə avtovağzal ərazisinə salıb və qabaq təkərləri havadan asılı vəziyyətdə qalmaqla dayana bilib.

Sürücüyə heç nə olmayıb. Amma Respublika Velotrekinə ümumilikdə 5000 manata yaxın maddi ziyan dəyib.