XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 June 2019 - 12:15

Astarada ağır yol qəzası –15 yaşlı qız dünyasını dəyişdi

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib.
Rayonunun dağ kəndlərindən birində, Bakı-Astara yoluna yaxın olan Vaqo kəndi ərazisində, 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü ilə birgə 4 sərnişin – 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti daha ağır qiymətləndirilən Aytəkin Səfərova vəfat edib.