XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 15:26

Azərbaycana gələn Rusiya vətəndaşında pnevmatik silah aşkarlandı –Açıqlama

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Rusiya Federasiyasından gələn, bu ölkə vətəndaşının idarə etdiyi “Toyota Camry” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod kostruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4.5 mm kalibrli pnevmatik silah aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.