Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Garıs Əyribənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “AzSamand” markalı minik avtomobili velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirərərək yoldan çıxaraq aşıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Yaralılar – rayonun Garis Əyribənd kənd sakinləri – 1971-ci il təvəllüdlü, sürücü Sahib Bahadur oğlu Mirzəyev, 1975-ci il təvəllüdlü Eldəniz Ağayar oğlu Ağayarov və 2005-ci il təvəllüdlü Fatimə Sahib qızı Mirzəyeva Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır/Report.