Bakıda ağır qəza baş verib.
Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Bakı Dairəvi – 1 avtomobil yolunda qeydə alınıb.
Nəqliyyat vasitəsi yoldan çıxaraq üzüaşağı Xocahəsən gölü istiqamətinə yuvarlanıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzada iki nəfər dünyasını dəyişib.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub, xilasetmə işləri aparılır.
Hələlik dünyasını dəyişən şəxslərin kimliyi məlum deyil.