XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 14:49

Nardaranda keçmiş məhkum həbs edildi –Açıqlama

Sabunçu sakinində marixuana və ov tüfəngi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.