XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyun 2019 - 13:27

DİN:"Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb"

İyunun 5-də törədilmiş 22 cinayətin üstü daxili işlər orqanları tərəfindən ərzində törədilmiş “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.