İranın Yəzd şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 250 kiloqram narkotik vasitə müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, iki nəfər həbs edilib, araşdırma aparılır. Yəzd şəhərinin polis idarəsinin rəisi jurnalistlərə bildirib ki, qaçaqmalçılar narkotik vasitəni Tehrana gətirib satmaq istəyiblər. Lakin polis daxil olan əməliyyat məlumatına əsasən narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alıb.
Xatırladaq ki, İranda narkotik qaçaqmalçılığının qarşısının alınması istiqamətində geniş tədbirlər görülür. Cari ilin əvvəlindən bu günə kimi təkcə Yəzd şəhərində 3 tondan çox narkotik vasitə polis tərəfindən müsadirə edilib.