XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyun 2019 - 23:54

Gəncədə yol qəzası:iki uşaq xəsarət alıb

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Belə ki, şəhərin Şah İsmayıl Xətai prospektində Hikmət Abbaslının idarə etdiyi “Mercedes” markalı avtomobillə Vüsal Mamedovun sükanı arxasında olduğu “Zaporojets” markalı avtomobilin toqquşması nəticəsində 9 aylıq və 7 yaşlı uşaqlar xəsarət alıb.

2012-ci il təvəllüdlü Həsənov Hüseyn Qədir oğlu və 2018-ci il təvəllüdlü Mamedova Şahnaz Vüsal qızı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.