XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 12:08

Göyçayda polis əməliyyatı:narkotik bitki becərən şəxs saxlanılıb 

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çayarxı kənd sakini 30 yaşlı Rafiq Yusifov saxlanılıb.

Onun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi və həmin narkotik tərkibli bitkilərin arasında gizlətdiyi 1 ədəd sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.