XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 15:28

Qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub –Gəncədə

Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar.