XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2019 - 22:08

Hacıqabulda mikroavtobus aşıb- Xəsarət alanlar var+FOTO

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi “Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin – Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.